SMOR.AZ SAYTINDA SATIŞ QAYDALARI

  1. TƏRƏFLƏR

Bu Alış-Veriş Qaydaları bir tərəfdə Smor, digər tərəfdə bu Qaydaların hüquqi bazasını təşkil edən Müqavilədə adı və imzası qeyd olunan satıcı ("Satıcı") arasında əməkdaşlığın çərçivələrini təyin edir.

Bu Qaydalar və ona gələcəkdə ediləcək dəyişikliklər və Platformada təklif olunan Smor xidmətlərindən istifadə ilə bağlı bütün yazılı proseslər, izahatlar və digər bütün əlavə sənədlər Qaydaların bir tərkib hissəsi kimi Satıcı ilə bağlanmış Müqavilənin ayrılmaz hissəsi olaraq qəbul edilir. Beləliklə,  Satıcı Smor tərəfindən idarə olunan açıq bazar model elektron ticarət platformasına üzv olmaq və bu platformada satış etmək və Smor Satıcının sahib olduğu e-ticarət platforması xidmətlərindən faydalanmasını, xidmətlər müqabilində satıcı tərəfindən komissiya ödənilməsində maraqlıdır.

Terminlər

Platforma: Bütün intellektual və sənaye hüquqlarının Smora aid olduğu və bu Qaydalarla müəyyən edilmiş "Xidmətlər"in təqdim olunduğu www.smor.az saytında və əlaqədar bütün digər domen adlarında veb sayt və Satıcının Platformadakı müraciətlərdən və xidmətlərdən faydalanmaq, ondan tələb olunan korporativ/şəxsi məlumatları daxil etmək, satış əməliyyatının təfərrüatlarını izləmək üçün lazımi əməliyyatları həyata keçirə biləcəyi xüsusi virtual səhifə aiddir.

Xidmət / Xidmətlər: Smor tərəfindən Satıcıların məhsullarını və/və ya xidmətlərini öz virtual mağazalarında yayımlamaq və satmaq üçün Platformada təklif olunan bütün tətbiqetmələr, reklamların yayımlanması, satış və/və ya marketinqdə vasitəçilik və digər oxşar tətbiqetmələr nəzərdə tutulur.

Alıcı: Satıcı tərəfindən platformada satışa təqdim olunan malları və/və ya xidmətləri satın alan fiziki və ya hüquqi şəxsə istinad edir.

Satıcı: Platformada yaratdığı hesabda yayımladığı reklamlar vasitəsilə satış üçün müxtəlif mal və/və ya xidmətlər təklif edən hüquqi və/və ya fiziki şəxs nəzərdə tutur.

İş günü: Şənbə və Bazar günləri də daxil olmaqla həftənin hər günü 09:00-dan 19:00-a qədər olan vaxta istinad edilir.

 

  1. ALIŞ-VERİŞ QAYDALARININ PREDMETİ VƏ ƏHATƏ DAİRƏSİ

Bu Qaydalar Platformada Smor tərəfindən təklif olunan “Xidmətlər”dən Satıcının istifadə şərtlərini və buna görə tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirir. Satıcı ilə Alıcılar arasındakı əlaqə bu Qaydalar daxilində əhatə olunmur; bu Qaydalar Satıcılara yalnız Platformadakı ticarət fəaliyyətində məhsul və/və ya xidmət alış-verişinin qaydalarını tənzimləyir və Alıcılar hər hansı bir vəziyyətdə müqavilə münasibətlərinin tərəfi deyil. Satıcı, mövcud qanunvericiliyin müddəaları çərçivəsində Platformadan Alıcılara qarşı həyata keçiriləcək satış əməliyyatlarına şəxsən cavabdeh olacaq.

 

  1. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ ÖHDƏLİKLƏRİ

3.1. "Satıcı" olmaq üçün satıcı əvvəlcə bu Müqavilənin bağlanması zamanı "Mövcud Tələb olunan Sənədlər Siyahısına" ("Əlavə 1") daxil olan sənədləri tam və əskiksiz şəkildə təqdim etməlidir. Bu sənədlərin Satıcı tərəfindən tam təmin olunmasına baxmayaraq Smor hər zaman Satıcının müraciətini rədd etmək və/və ya səbəbsiz olaraq əlavə sənəd tələb etmək hüququna malikdir.

 3.2. Satıcı, hər bir qablaşdırılmış məhsul üçün ayrıca və satış qiyməti daxilində qablaşdırılmaya aid  edilən istifadə kitabçası, zəmanət sertifikatı və texniki xidmət siyahısına və/və ya satın alma sənədində qeyd edilən hər cür aksesuar, sənəd, broşura, banderol və digər sənədləri məhsulun qutusunda və ya qablaşdırmasında mallar ilə birlikdə Smorun yük mübadilə məntəqəsinə təslim edilməlidir. Smor bu məlumatların və sənədlərin yük qutusunda olub-olmadığını yoxlamaq məcburiyyətində deyil. Satıcı sözügedən məlumat və sənədlərin natamamlığı səbəbindən Smora dəyən ziyanı qarşılamağı qəbul edir, bəyan edir və öhdəsinə götürür.

3.3. Satıcı Platformada satışa təqdim olunan bütün məhsulları və/və ya xidmətləri tam və/və ya tələb olunduğu kimi (verilən marka, tip, rəng, ölçü və nömrə ilə) tam və aşkar, ört-basdır edilmədən, gizli qüsurlar olmadan Alıcıya çatdırmağa razı olduğunu bəyan edir və öhdəsinə götürür. Məhsulda hər hansı qeyd olunmayan, çatdırılma və Alıcıdan asılı olmayan qüsur aşkarlanarsa,  Satıcı məhsulun yararsız olduğunu bəyan edir, onun yenisi ilə əvəz olunmağını və ya ödənişin geri qaytarılmasını öhdəsinə götürür və bəyan edir.

3.4. Satıcı, hər cür reklam və elanın Platformada dərc olunması üçün Smor ilə tam iş birliyində olmağı və bunun üçün lazımi texniki dəstəyin və/və ya səndələrin təmin edilməsini qəbul və bəyan edir və həmçinin öhdəliyinə götürür. Smor yalnız öz mülahizəsinə görə, Platformada Satıcının hər hansı bir məhsulunu satış üçün heç bir səbəb olmadan bağlamaq hüququna və səlahiyyətinə malikdir.

3.5. Satıcı Platformada yayımlanan reklamlar üçün hər hansı bir əyani, yazılı və ya təqdim olunan qiymət/elan/məlumat/məzmunun həqiqiliyinə, təhlükəsizliyinə, düzgünlüyünə və qanuniliyinə görə şəxsən məsuliyyət daşıyır; əks halda Smor bu məsələlərdə məsuliyyət qəbul etmədiyini elan edir.

3.6. Satıcı Platformada və elanlarda sərgilədiyi mal və xidmətlərin satışının və nümayişinin mövcud qanunvericiliyə uyğun olaraq hər hansısa bir qanuna ziddiyyət yaratmayacağını, hüquqların pozulmasına səbəb olmayacağını, sözügedən bazara çıxarılan və satılmağı üçün bütün hüquqlar, səlahiyyətlər və məsuliyyətlərin özünə aid olduğunu qəbul edir, bəyan edir və öhdəliyinə götürür. Bundan əlavə, Satıcı ƏLAVƏ-2 “Qadağan olunmuş Məhsulların Siyahısı”-na daimi olaraq nəzarət etmək və bu siyahıda yer alan məhsulların nümayişini və satışını etməmək öz öhdəsinə götürür.

3.7. Satıcı  Panelinə üzv olarkən Smor əməkdaşı tərəfindən ona verilən istifadəçi adı və şifrə ilə Panelə daxil olaraq 24 saat ərzində istifadəçi şifrəsini dəyişməyi öz öhdəsinə götürür və bu məlumatları profil səhifəsinə daxil olmaq və bəzi digər əməliyyatları həyata keçirmək üçün istifadə edəcəyini qəbul edir. Satıcının şifrəsi və istifadəçi adı sadəcə satıcının özü və satıcının nümayəndəsi tərəfindən bilinəcək və Satıcının Panelinin təhlükəsizliyi və məxfiliyi tamamilə Satıcının məsuliyyətindədir. Satıcı Panelində Satıcının özü və ya digər şəxslər tərəfindən icazəsiz əməliyyatlar olduğu halda Satıcı həyata keçirilən əməliyyatların etibarsızlığını tələb etmək hüququndan əvvəlcədən imtina etmişdir. Bu cür əməliyyatlarda bütün məsuliyyət Satıcının özünə aid olacaqdır. Satıcının şifrəsindən istifadə edərək Satıcı Panelinə Smora qarşı və ya zərərinə bir əməliyyat olması halında, Satıcı bu hərəkətlərdən yaranan Smor ziyanlarını qarşılamağı qəbul edir, bəyan edir və öhdəsinə götürür.

3.8. Smor Üzvlük prosesi zamanı və Üzvlük boyu Satıcı tərəfindən verilən fərdi və kommersiya məlumatları etibarlı bir mühitdə saxlamağı öz öhdəliyinə götürür. Smor bu məlumatları  Xidmətlərin tam və heç bir əskiksiz işləməsi üçün tələb olunan tətbiqetmələrin həyata keçirilməsi, statistik dəyərləndirmələrin aparılması məqsədi ilə Smorun və iş ortaqlarının fəaliyyətlərinin, tətbiqetmələrinin reklamı və marketinqi, elan və s. məqsədlərlə istifadə edə bilər və yalnız yuxarıda bildirilən səbəblərlə anonim olaraq üçüncü şəxslərlə paylaşıla bilər. Satıcı özünə aid məlumatların Smor tərəfindən bu maddənin tələbinə görə istifadəsinə və saxlanmasına razılaşdığını qəbul və bəyan edir.

3.9. Satıcı Platformadakı bütün fəaliyyətlərini Platformaya texniki cəhətdən zərər verməyəcək şəkildə həyata keçirmək məcburiyyətindədir. Satıcı Platformaya yükləyəcəyi bütün məlumat, məzmun, material və s. məzmunların sistemə zərər verə biləcək hər növ proqram, virus, proqram təminatı, lisenziyasız məhsul, Troya atı və b. kimi qadağan olunmuş zərərvericilərin olmamağı üçün lazımi bütün tədbirləri (lazımi qoruyucu proqramları, antiviruslar və lisenziyalı məhsulların istifadəsi də daxil olmaqla  aldığını, bu maddənin müddəasının tətbiqi üçün Smor tərəfindən tələb edilən ehtiyat tədbirlərini dərhal almağı qəbul edir, bəyan edir, və öz öhdəsinə götürür.

3.10. Platformanın düzgün və doğru işləməsi üçün Smor Platformada hər hansı bir dəyişiklik etmək hüququna malikdir. Bu məqsədlə Smor istənilən vaxt və xəbərdarlıq edilmədən təklif olunan xidmətləri və məzmunu dəyişdirmək hüququnu özündə saxlayır.

3.11. Satıcı alış-veriş zamanı Smor tərəfindən Alıcıdan təsis ediləcək ödənişi Platforma qarşısında öhdəliklərini və məsuliyyətlərini yerinə yetirmək şərti ilə əldə edəcək. Satıcı satılan hər bir məhsul üçün ödənişi 14 gün sonra (geri qaytarılma müddəti) əldə edəcək.

3.12. Satıcı Platformada yerləşdirilən bütün reklamlara və məzmuna bağlıdır və onlardan irəli gələn bütün öhdəliklərə cavabdeh olacaqdır. Smor Satıcının fəaliyyətinin bu Qaydalarda və Platformada elan edilmiş şərt və qaydalara uyğun gəlməməyi səbəbi ilə, qanunvericiliyin pozulması, hüquqi, texniki və xüsusilə informasiya təhlükəsizliyi baxımından risk yaradılması və üçüncü şəxslərin şəxsi və ticari hüquqlarına zərər verilməsi hallarında Satıcıya əvvəlcədən xəbərdarlıq edilmədən müvafiq elanların yayımlanmasını müvəqqəti və ya tamamilə dayandıra bilər, üzvlüyünü dayandıra və ya bir dəfəlik ləğv edə bilər və bu Qaydaları müqavilənin bir parçası kimi əsas alaraq kompensasiya ödəmədən Satıcı ilə tərəfdaşlığı birtərəfli qaydada ləğv edə bilər. Satıcı belə bir vəziyyətdə Smordan heç bir ödəniş və ya digər təzminat tələb etməməyi qəbul edir, bəyan edir və öhdəsinə götürür. Bu maddənin müddəalarının pozulması halında, Smor tərəfindən hər hansı bir xəbərdarlıq edilmədən istənilən vaxt Müqavilənin birtərəfli ləğv edilməsi hüququ qorunur.

3.13. Satıcı Platformadan Alıcılarla ediləcək satışlarda Smorun Satıcı və Alıcı arasında bağlanacaq məsafəli satış müqaviləsində tərəf olmadığını və şəxsən məsuliyyət daşıdığını qəbul edir. Bundan əlavə, satıcı Platformada nümayiş olunan və satılan bütün məhsulların keyfiyyəti, qanunvericiliyə uyğunluğu, zəmanət sertifikatının və digər zəruri sənədlərin çatdırılması və satış sonrası xidmətlər və s. də daxil olmaqla bütün xidmətlər üçün şəxsən cavabdeh olacaqdır. Satıcı bu maddənin müddəalarının pozulması halında baş verə biləcək zərərlərə görə birbaşa cavabdehdir. Satıcı Platformadan satılan məhsulların satış prosesi zamanı göstərilən çatdırılmanın vaxtında alıcıya çatmasını təmin edəcək və hər cür gecikməyə görə cavabdeh olacaqdır. Satıcı ən qısa müddətdə Alıcının istək və tələblərinə geri dönüş etmək məcburiyyətindədir.

3.14. Satıcı Alıcı ilə yalnız Platforma vasitəsilə müqavilə bağlayacaq və yalnız Platformada bu cür ticarət fəaliyyəti ilə məşğul olacaqdır. Satıcı Platformadan müraciət edən Alıcı ilə Platformadan kənarda hər hansı halda ünsiyyət qurmayacaq və/və ya Alıcı tərəfindən Platformadan kənarda alış-veriş etmək istəyinə, hər halda, müsbət cavab verməyəcək, hansı növdə olmağından asılı olmayaraq Alıcılarla Platforma xaricində hər hansı bir hüquqi əlaqə qurmayacaq, hər hansı bir satış aktını gerçəkləşdirməyəcəkdir. Satıcı Smorun məlumatı olmadan heç bir halda Alıcılarla birbaşa ünsiyyətə keçməyəcəkdir. Alıcıların birbaşa Satıcıya aid alış-veriş kanallarından əlaqə qurması bu maddəyə istisna hal təşkil edir.

3.15. Satıcı üzvlüyünün hər hansı bir səbəbdən Smor tərəfindən dayandırılması və ya üzvlüyündən çıxarılması və yenidən Smor platformalarına geri dönməməyi üçün qara siyahıya alınması halında, satıcı başqa bir istifadəçi hesabı ilə Platformaya üzv ola bilməz. Satıcı bu maddənin müddəalarına zidd olaraq Platformaya üzv olarsa və vəziyyət müəyyənləşərsə, Satıcı yenidən üzvlüyündən çıxarılacaqdır və həmin Satıcının yeni istifadəçi hesabı adından apardığı əməliyyatlar nəticəsində Smor heç bir öhdəlik daşımayacaq.

3.16. Satıcı satılan və ya göstərilən məhsul və/və ya xidmət üçün faktura və ya pərakəndə satış qəbzi verməlidir. Satıcı öhdəliklərini tam şəkildə yerinə yetirmək üçün Alıcıya göndərilən malları və/və ya xidmətləri faktura ilə çatdıracaq, həmçinin Satıcının bu öhdəliklərini yerinə yetirməməsi səbəbindən Smora vurulan zərər və xərcləri (məhkəmə xərcləri, cərimələr, vergilər, rüsumlar, rüsumlar və s. qeyd olunanlarla məhdudlaşmayan hər növ xərclər daxil olmaqla) Satıcı nağd və birdəfəlik ödəmələri yerinə yetirəcəyini qəbul edir, bəyan edir və öhdəsinə götürür.

3.17. Platformada təqdim ediləcək Xidmətlərin detalları və Smor tərəfindən həyata keçirilən kampaniyalar, məhsulların nümayiş müddəti və texniki şərtlər kimi ikinci dərəcəli dəyişikliklər Smor tərəfindən hər an dəyişdirilə bilər. Bununla birlikdə, Smor Tərəflərin əksinə bir razılaşma olmadan qiymət və stok məlumatlarını dəyişdirə bilməz.

3.18. Satıcı Platformadakı kampaniyaları və endirimləri pozan fəaliyyətlərlə məşğul olmayacağını qəbul edir, bəyan edir və öhdəsinə götürür. Satıcı ayrıca Smorun yazılı razılığı olmadan Alıcılara hər hansı bir reklam və/və ya marketinq fəaliyyəti həyata keçirə bilməz (məhsulu Satıcılara məxsus qutulara göndərmək xaricində), Alıcılarla məhsul və/və ya xidmətlə birlikdə hər hansı bir kampaniya məhsulları, tester məhsullar kimi bir göndəriş etməyəcək. Əks təqdirdə, satıcı 10.000 AZN (on min Azərbaycan manatı) cərimə ödəməyi qəbul edir, bəyan edir və öhdəsinə götürür.

3.19. Satıcının Platformada orijinal olmayan məhsullar təklif etdiyi Smor tərəfindən müəyyən edildikdə satıcı Smora 10.000 AZN  (on min Azərbaycan manatı) cərimə ödəməyi qəbul edir, bəyan edir və öhdəsinə götürür. Cəza maddəsinə əlavə olaraq, Satıcı Smorun bu çərçivədə ortaya çıxa biləcək bütün zərərlərini qarşılamağa borcludur və Smor bu Müqaviləni dərhal birtərəfli qaydada ləğv etmək hüququnu özündə saxlayır.

3.20. Satıcı tərəfindən Platformada satışa təqdim edilən və/və ya sahibi və/və ya hüquqi şəxsi olduğu bütün əmtəə nişanları Müqavilə daxilində bütün marketinq və satış fəaliyyətində hər hansı bir media, press və/və ya nüsxələmə sayı və müddəti limiti olmadan bu qaydalara əlavə hər hansı bir əlavə tələb olunmadan Smor tərəfindən istifadə edilə bilər, Smorun bu əmtəə nişanları istifadəsinə əmtəə nişanın sahibinin qeyd olunan markalar və onların istifadəçi haqlarının heç bir hüquqlarının pozulmadığını qəbul edir, bəyan edir və öhdəliyinə götürür.

3.21. Platformada satışa təqdim olunan məhsullar Satıcının zəmanəti altındadır. Satıcı Alıcının qüsurlu məhsulu qüsursuz məhsulla vaxtında əvəz etməsi tələbi də daxil olmaqla hər cür Alıcın tələblərini qəbul edir, bəyan edir və yerinə yetirməyi öhdəsinə götürür. Şübhə yaratmamaq üçün bildirilməlidir ki, satıcı qüsurlu olduğunu əsas gətirərək məhsulu geri qaytarmaq istəsə, satıcı 48 (qırx səkkiz) saat ərzində məhsulun qaytarılmasını qəbul edib etməyəcəyini Smora bildirməlidir. Satıcı bu 48 (qırx səkkiz) saat ərzində cavab vermirsə, bu, geri  qaytarmaq tələbinin qəbul edildiyi deməkdir. Satıcı Smor tərəfindən Platformada və / və ya yazılı olaraq bildiriləcək müddət ərzində məhsulların yoxlanılması barədə Smoru xəbərdar edəcəkdir. Satıcı bu müddət ərzində hər hansı bir bildiriş göndərməzsə, bu, geri qaytarmağı qəbul etməsi deməkdir. Satıcının məhsullara baxış keçirməsi halında, Smor tərəfindən bu məqalədə göstərilən qaydada bildirilməli olan müddətdə analiz müddətini (təmir/bərpa) başa çatdıracaqdır. Smor bu məqalədə göstərilən müddətləri istənilən vaxt əvvəlcədən xəbərdarlıq etməklə dəyişdirmək hüququnu özündə saxlayır.

3.22. Qanunvericiliyin əks müddəalarına xələl gətirmədən Satıcı Alıcı tərəfindən Platformadan satın alınan məhsulları 15 (on beş) gün ərzində heç bir səbəb olmadan geri çəkilmə hüququndan istifadə edərək geri qaytara biləcəyini, bu halda Alıcının məhsulu 7 (yeddi) gün ərzində kuryer xidmətinə verə biləcəyini, bu zəmində müştərinin məhsulları geri qaytarma hüququ səbəbi ilə geri qaytarılan məhsulları təhvil alacağını qəbul edir, bəyan edir və öhdəliyinə götürür.

3.23. Satıcının bu Qaydalarda, bu qaydaların bazasını təşkil etdiyi Müqavilədə və/və ya əlavələrindəki öhdəliklərindən heç birini tam və/və ya ümumiyyətlə yerinə yetirməməsi halında, Smor hər növ zərər üçün kompensasiya tələb etmək hüququna malikdir. Smor bu ödənişləri Satıcının bütün debitor borclarından kompensasiya edə biləcəkdir.

 

  1. QAYDALARA DƏYİŞİKLİKLƏR

Qaydalar Smor tərəfindən (yuxarıda qeyd olunan hallar istisna olmaqla) birtərəfli olaraq Satıcıya 5 (beş) iş günündən gec olmayaraq xəbərdarlıq edilmək şərti ilə dəyişdirilə və yenilənə bilər.

 

  1. GİZLİLİK

5.1. Tərəflərə aid hər növ maliyyə hesabatları, digər hesabatlar, maliyyə və hüquqi məlumatlar, marka, üzvlük məlumatları, ticarət sirri yaxud digər hüquqi və ya qeyri-hüquqi məlumatlar, mövcud iş prosesi zamanı tərəflərin və işçilərin öyrənəcəyi yazılı və/və ya şifahi bütün ticarət, maliyyə, texniki məlumatları, müştəri və bazar məlumatları  və digər məlumatlar və datalar konfidensial məlumatlar olaraq qəbul olunur. Bu Qaydaları pozmayan hüquqi və qanuni yollarla ictimaiyyətə çatdırılan məlumatlar daxilində olan və tərəflərin konfidensial olmadığını açıq və yazılı şəkildə bildirdiyi məlumatlar Konfidensial Məlumatlar daxilində dəyərləndirimir. Tərəflər bu məlumatları qüvvədə olan qanuna və ya digər qaydalara, məhkəmə qərarı və ya inzibati qərara uyğun olaraq açıqlaya bilərlər. Belə olan halda tərəflər bir-birlərinə bu mövzuda dərhal və hər halda 2 (iki) iş günü ərzində məlumat verməlidir. Tərəflər bu maddə çərçivəsində nəzərdən keçirilə bilən hər cür məlumatları və dataları qorumağı, hər hansı bir şəkildə birbaşa və yaxud dolayı yolla üçüncü şəxslərlə bölüşməməyi və ticarət əlaqələrindən başqa məqsədlər üçün istifadə etməməyi öhdələrinə götürürlər.

5.2. Tərəflər məcburi hallarda və iş etikası qaydalarına görə işçilərinə və məsləhətçilərinə bu məlumatları verməli olduqları halda məlumatın konfidensiallığı haqqında işçilərini və məsləhətçilərini xəbərdar etməyə məcburdur. Əks təqdirdə Tərəflər işçilərinin və məsləhətçilərinin bu Qaydaların öhdəliklərinə zidd hərəkət etdiyi halda əvvəlcədən, qeyri-şərtsiz, birbaşa məsuliyyət daşıyacaqlarını qəbul edir və öhdəliklərinə götürürlər. Bu Qaydalar Müqavilə müddəti bitsə də Tərəflər arasında qüvvədə qalmağa davam edəcəkdir.

 

  1. Fərdi məlumatların qorunması

6.1. Məlumat emalçısı olaraq satıcının Smor ilə paylaşa biləcəyi/ötürə biləcəyi və/və ya bu Qaydalara uyğun olaraq işləyə biləcəyi hər hansı bir şəxsi məlumat, fərdi məlumatların işlənməsi ilə bağlı bütün hərəkətlər/əməliyyatlar daima qüvvədədir və hər cür şəxsi məlumatların qorunması üçün gələcəkdə qanunvericiliyə ediləcək dəyişikliklərə riayət edəcəyini qəbul edir, bəyan edir və öhdəliyinə götürür.

6.2. Qanunvericiliyə riayət etmək öhdəliyinə əlavə olaraq, Satıcı Smor adından əldə etmək, saxlamaq, depolamaq və qorumaq da daxil olmaqla, hər hansı bir şəkildə işləyə biləcəyi hər cür fərdi məlumatlarla əlaqəli;

  1. Hər növ fərdi məlumatların işlənməsi və/və ya ötürülməsi sahəsində mövcud qanunvericiliyin və Smorun bütün təlimatlarının tələblərinə uyğun hərəkət etmək, Smorun müəyyən etdiyi məqsəddən başqa məqsədlər üçün istifadə etməmək, məhv etmək məqsədi ilə ləğv edildikdə dərhal məlumatlar,
  2. Şəxsi məlumatların hər hansı bir şəkildə üçüncü şəxslərə ötürülməsi halında, üçüncü şəxslərin bu Qaydanın 6-cı (altıncı) bəndindəki öhdəliklərə görə də cavabdeh olmasını təmin edəcəkdir;
  3. Şəxsi məlumatların emal olunması və/və ya köçürülməsi ilə əlaqədar Smor tərəfindən maraq doğuran hər hansı bir mübahisəyə və ya məsələyə görə edilən bütün istəklər (fərdi məlumatlarına daxil olmaq üçün müraciətlər və şikayətlər daxil olmaqla) barədə dərhal Smoru məlumatlandırmağı və lazımi sənədləşmələri, məlumatları və digər bütün dəstəyi Smora verməyi və Smor ilə tam bir iş birliyi etməyi, qeyd olunan məlumatlandırma edilmədən, qanunvericilikdən irəli gələn öhdəliklər istisna olmaqla hər hansı bir tələblə bağlı Smor tərəfindən yazılı təsdiq və ya hər hansı bir yazılı təlimat verilmədiyi təqdirdə heç bir əməliyyatı yerinə yetirməməyi,
  4. Bu Qaydalarda və bu Qaydaların bazasını təşkil edən Müqavilədə və əlavələrində yer alan digər öhdəliklərə xələl gətirmədən, fərdi məlumatların qanunsuz emal edilməsinin qarşısını almaq, fərdi məlumatlara qanunsuz girişin qarşısını almaq, fərdi məlumatların qorunması üçün müvafiq təhlükəsizlik səviyyəsini təmin etmək üçün bütün lazımi texniki və inzibati tədbirləri görməyi qəbul edir, bəyan edir və öhdəsinə götürür. Bu maddə Müqavilənin hər hansı bir səbəblə ləğv olunmasına baxmayaraq qüvvədə qalacaq.

 

  1. FORS MAJOR

7.1. Tərəflərdən heç biri bu Qaydalar üzrə öhdəliklərinin fors-major şəraiti nəticəsində yerinə yetirilməməsinə görə məsuliyyət daşımır, bu şərtlə ki, həmin tərəf digər tərəfə fors-major şəraitinin yaranması barədə şərait yarandığı gündən 3 (üç) iş günü ərzində şəraitin yaranması və bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirməsinə təsiri barədə yazılı bildiriş göndərsin. Bu bildirişə fors-major şəraitinin yaranmasını təsdiq edən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sənəd əlavə olunmalıdır.

7.2. Fors-major şəraiti dedikdə, elan olunmuş və ya faktiki blokada, zəlzələ, sel, yanğın və digər təbii fəlakətlər, həmçinin Tərəflərin iradəsindən asılı olmayan və bu Müqavilə imzalandığı tarixdə qabaqcadan görülə və qarşısı alına bilməyən şərait nəzərdə tutulur.

7.3. Fors-major şəraiti müddətində qarşılıqlı tələblərin yerinə yetirilməsi və həmin şəraitin müddəti Qaydalar ilə tənzimlənilir.

 

  1. QAYDALARIN MÜDDƏTİ VƏ XİTAMI

8.1. Bu Qaydalar və Qaydaların bazasını təşkil etdiyi Müqavilə və onun əlavələrinin hər hansı birində fərqli məqam qeyd olunmadığı təqdirdə Bu Müqavilənin şərtləri və şərtlərdən yaranan öhdəliklər müddətsizdir. Bu Qaydalar, onların bazasını təşkil edən Müqavilə və Müqavilənin Əlavələrində hər hansı bir tənzimləmə xüsusi müddətlər qeyd oluna bilər. Və həmin tarixlər aid olduğu sənədlərdə xüsusi olaraq qeyd olunmalıdır.

8.2. Müqavilə Satıcı tərəfindən contact@smor.az e-poçt ünvanına yazılı şəkildə 90 gün əvvəl xəbərdarlıq edilərək xitam verilə bilər.

8.3. Smor tərəfindən Müqavilə Satıcının sistemdə qeydiyyatdan keçirilmiş e-poçt ünvanına rəsmi xəbərdarlıq edərək 90 gün əvvəl və yaxud Alış-veriş Qaydalarının hər hansı bir tələbini pozduğu halda heç bir xəbərdarlıq etmədən və dərhal Satıcının Müqaviləsinə xitam verə bilər. Müqavilə tələblərinin pozulduğu təqdirdə Smor birtərəfli şəkildə öz öhdəliklərinin icraatından imtina edə bilər

8.4. Bu Müqavilədən yaranan qarşılıqlı öhdəliklər Müqaviləyə xitam verilənədək, habelə Müqaviləyə xitam verildikən sonra da tamamlanmamış qarşılıqlı öhdəliklər Tərəflərin məsuliyyətidir  və həmin öhdəliklər tam və keyfiyyətli şəkildə icra olunmalıdır.

 

  1. ÖHDƏLİKLƏRİN ÖTÜRÜLMƏSİ

Satıcı bu Qaydalardan və bu Qaydaların bazasını təşkil etdiyi Müqavilədən və əlavələrindən irəli gələn hüquqlarını, mənafelərini və ya öhdəliklərini Smorun yazılı razılığı olmadan heç bir şəkildə üçüncü şəxslərə ötürə və ya ödəyə bilməz. Smorun yazılı razılığı olmadan edilən tapşırıq və ya köçürmə prosesi etibarsız olacaqdır.

 

  1. QEYDLƏRİN ETİBARLILIĞI

Bu Müqavilədən yarana biləcək mübahisələr halında, Satıcı Smorun rəsmi kitablarını və ticarət qeydlərini, məlumat bazasında və serverlərində saxlanılan elektron məlumatları və kompüter qeydlərini məcburi, qəti və müstəsna sübut və mənada dəlil müqaviləsi olacağını qəbul edir.

 

  1. BÜTÖVLÜK

 Bu Qaydalar və bu Qaydaların bazasını təşkil etdiyi Müqavilə öz əlavələri ilə bir bütün təşkil edir; Bu Qaydaların və bu Qaydaların bazasını təşkil etdiyi Müqavilənin hər hansı bir müddəasının və ya bu Qaydalardakı və ya bu Qaydaların bazasını təşkil etdiyi Müqavilədəki hər hansı bir ifadənin etibarsızlığı, qanunsuzluğu və tətbiq edilməməsi, bu Qaydaların və bu Qaydaların bazasını təşkil etdiyi Müqavilənin qalan müddəalarının etibarlılığına təsir etmir.

 

  1. BİLDİRİŞ

Satıcı və Smor Platformada qeydiyyatdan keçərkən Satıcının elektron poçtu/qeydiyyatdan keçmiş elektron poçt ünvanı və/və ya qeydiyyata alınmış fiziki poçt ünvanlarına göndəriləcək bildirişlərlə əlaqə quracaq. Qanunda göstərilən məcburi hallar istisna olmaqla Platformada qeydiyyatdan keçmiş ünvana Satıcının e-poçtu yazılı əlaqə üsulu olaraq qəbul ediləcək və Satıcı e-poçtu / qeydiyyatdan keçmiş e-poçt adresini mütəmadi olaraq yeniləmək və yoxlamağı öz öhdəliyinə götürür.

 

  1. FƏSİLLİLİK

13 (on üç) maddədən və 4 (dörd) əlavədən ibarət olan bu Müqavilə Tərəflər tərəfindən oxunmuş, Satıcı tərəfindən bu Qaydaların bazasını təşkil etdiyi Müqavilədə şəxsi imzası ilə imzalanmış və/və ya elektron qaydada təsdiqlənmiş və Müqavilə imzalandığı tarixdən etibarən qüvvəyə minmişdir. Əlavələr bu Qaydaların və bu Qaydaların bazasını təşkil etdiyi Müqavilənin ayrılmaz hissəsini təşkil edir.

 

ƏLAVƏLƏR:

ƏLAVƏ1: Qeydiyyat üçün Lazımi Sənədlərin siyahısı

ƏLAVƏ2: Qadağan olunmuş Məhsullar Siyahısı

ƏLAVƏ3: Maliyyə şərtləri

ƏLAVƏ4: Normativlər və Standartlar

 

 ƏLAVƏ-1: Satıcı hesabı açılması üçün tələb olunan sənədlərin siyahısı

Hüquqi şəxslərdən tələb olunan sənədlər:

  • VÖEN-in surəti
  • Hüquqi Şəxsin dövlət Qeydiyyat Reyestrindən çıxarışının surəti
  • Smor və Hüquqi şəxs arasında bağlanmış, vəsaitlərin köçürüləcəyi Satıcının cari hesabın rekvizitləri qeyd edilməklə yazılı Xidmət Müqavilənin əsli
  • Müvafiq qanunvericilik tərəfindən tələb olunduğu halda satdığı mal və xidmətlərinə lisenziya, xüsusi icazə və digər hüquqi şəxsinin fəaliyyətinə dair icazə sənədləri.

Hüquqi şəxsi yaratmadan komersiya fəaliyyəti ilə məşğul fiziki şəxsdən tələb olunan sənədlər:

  • VÖEN-in surəti
  • Smor və Fiziki şəxs arasında bağlanmış, vəsaitlərin köçürüləcəyi Satıcının cari hesabın rekvizitləri qeyd edilməklə yazılı Xidmət Müqavilənin əsli
  • Müvafiq qanunvericilik tərəfindən tələb olunduğu halda satdığı mal və xidmətlərinə lisenziya, xüsusi icazə və digər fiziki şəxsinin fəaliyyətinə dair icazə sənədləri.

Yuxarıda qeyd olunan sənədlərdən başqa əlavə sənədlər tələb oluna bilər və Smor tərəfdaşlığa qəbul haqqında son qərar vermək üçün səlahiyyətə malikdir. Satıcı, bu Sazişdəki bütün əlavələrin orijinal nüsxəsini, möhürlənmiş və səlahiyyətli imzalayanların imzası ilə Platformada elan edilmiş müddətdə Smora çatdırmalıdır.

 

ƏLAVƏ2: Qadağan olunmuş məhsulların siyahısı

 

Hava yastığı və avadanlıqları

Rəsmi geyim və rəsmi geyim forması

Toplu elektron poçt ünvanları və siyahıların mübadiləsi

Hökumət icazəsinə tabe olan məhsullar

Saxta və ya çoxalma məhsulları

Sosial Şəbəkə və digər İnternet Üzvlük Hesabları

Alkoqollu içkilər

Şans oyunları biletləri

Elektrikli Skeytbord

Odlu silahlar və bıçaqlar

Simsiz və rabitə cihazları

Hədiyyə kuponları və ya digər qurumların, təşkilatların və elektron ticarət platformalarının endirim kuponları

Hərbi texnika

TV dekoderləri və şifrəli yayım dekoderləri

Nəqliyyat vasitələrinin idarəetmə tələbinə müdaxilə üçün istifadə olunan cihazlar və avadanlıqlar

Heyvandarlıq

Tütün məhsulları və Elektron siqaretlər

Təhlükəsizlik kəməri adapteri

Oğurlanmış mallar, seriya nömrəsi xaric olunan məhsullar

Dərmanlar

Reseptlə verilməsi qərarlaşdırılan dərmanlar

Kontakt linzalar

Hər növ cinsi fəaliyyətlə əlaqəli məhsullar

Məhsul keyfiyyətinə malik olmayan dinləmə cihazları gözlük çərçivələri və lisenziyasız qida əlavələri

Səhmlər, istiqrazlar, qiymətli kağızlar

Yanıcı və partlayıcı materiallar (avtomobillər üçün önəmli olan ehtiyat hissələri, mayelər istisna olmaqla)

Qadağan olunan Heyvan, İnsan və digər canlılar və onların orqanları və digər əlaqəli parçaları

Narkotik testlərindən keçməyə kömək edən məhsullar

Qanunsuz idxal olunan qadağan olunmuş məhsullar

Veb hücumu və proqram qırmağa kömək edən proqram, tətbiqetmə və köməkçi vasitələr

Pornoqrafiya materialları

Nüsxələr və markalanmamış məhsullar

Möcüzəvi müalicə məhsulları və ya xidmətlər, falçılıq və cadugərlik və digər xidmətlər

Radar detektorları

Mədəni və təbii varlıqlar

Şəxsiyyət hüquqları

Qıfıl açıcı və qırıcı cihazlar

Və avtomobil ehtiyat hissələri ilə əlaqəli olmayan digər əmtəə məhsulları

 

 

 

ƏLAVƏ-3: Maliyyə Şərtləri

Xidmət Komissiyası: Tərəflər arasındakı kommersiya əlaqələrə tətbiq ediləcək xidmət haqqı Platformada elan edilən nisbətlərdir. Hər bir satıcı cari ay üzrə aktivləşdirdiyi xidmət paketi üzrə komissiya və aylıq ödəniş (əgər varsa), bir dəfəlik (əgər varsa) ödəniş haqqını ödəməlidir.

Satıcı, fors-major halları istisna olmaqla və başqa hal göstərilmədiyi təqdirdə, məhsulu Smora Qaydalarda qeyd edildiyi müddətdə təhvil etməyə borcludur. Satıcı məhsulları təhvil vermədiyi təqdirdə, təqdim etmədiyi hər bir məhsulun 200% misli məbləğində cərimə məbləğlərini ödəyəcək və lazımi qaydada təhvil vermədiyi təqdirdə (qüsurlu, zərər görmüş, zədələnmiş, natamam və s.) düzgün bir şəkildə təhvil edilə bilmədiyi hər məhsul üçün məhsulun 200% misli məbləğində cərimə ödəyəcəyini qəbul edir, bəyan edir və öhdəliyinə götürür. Smorun bu maddədə razılaşdırılmış cərimə məbləğini Satıcının bütün debitor borclarından kompensasiya etmək hüququ vardır.

Satıcılar Alıcılar üçün xüsusi "pulsuz çatdırılma" kampaniyaları da daxil olmaqla satılan məhsulların Alıcıya təhvil verilməsi və qaytarılması nəticəsində yaranan bütün Çatdırılma xərclərindən cavabdehdir. Smor, kuryer şirkətləri tərəfindən Satıcının hər hansı bir debitor borcundan ödədiyi məbləği Satıcıya fakturalandıraraq əvəzləşdirmək hüququna malikdir.

 

Ödəniş müddəti və şərtləri:

  1. Smor, qanunvericiliklə müəyyən edilmiş bütün sifariş maddələrinə zəmanət müddəti bitdikdən sonra, sifariş məbləğini Satıcının bank hesabına köçürəcək. Smor Satıcının ödəyəcəyi hesab-fakturaları yazmaq və mövcud borc balansını dəqiqləşdirmək hüququna malikdir. Smorun ödəməsinə baxmayaraq məhsul/xidmətin Alıcı tərəfindən geri qaytarılması halında Satıcı toplanan məbləği dərhal geri qaytaracaq, əks halda cari hesabındakı bütün alacaqları ilə əvəzlətdirə bilər.
  2. Alıcı tərəfindən təhvil alınmış, müxtəlif səbəblərdən geri qaytarılan məhsul(lar) üçün Satıcıdan xidmət haqqı tutulacaq.

Banklar və ödəmə qurumları tərəfindən Satıcıya edilən xidmət fasilələri üçün Smor məsuliyyət daşımır.

 

 Digər şərtlər:

  1. Satıcı Platformada nümayiş olunan fiziki məhsulların Alıcılara çatdırılması sadəcə Smor tərəfindən razılaşdırılmış logistika təchizatçısı tərəfindən həyata keçirilməsini qəbul edir və öhdəliyinə götürür.
  2. Satıcı hər gün 16:30-a qədər rəsmiləşdirilmiş fiziki məhsulların həmin gün ərzində 17:00-dan 18:00-a qədər Smorun yük mübadilə mərkəzinə çatdırmağı qəbul edir, öhdəsinə götürür.
  3. Satıcı məhsulu bu Qaydalarda qeyd olunan "Əlavə-3 Maliyyə Şərtlərinin" Digər Şərtlər bölməsinin 2-ci bəndinə uyğun olaraq razılaşdırılmış müddətdə göndərə bilmədiyi halda, sifarişi Platformadan dərhal ləğv etmək məcburiyyətindədir. Bununla Qaydaların "Əlavə-3 Maliyyə Şərtlərinin" Xidmət Komissiyası bölmədə nəzərdə tutulmuş cərimələrin tədbiqindən azad olunacaq.
  4. Cari hesabında Smora borc yarandığı halda Satıcı Smorun mövzu ilə əlaqədar bildiriş göndərdiyi tarixdən etibarən 7 (yeddi) gün ərzində aşağıda göstərilən Smorun bank hesabına olan debitor borcunu ödəməlidir.
  5. Müddət fərqi və yük qaiməsi Alıcıya Smor tərəfindən veriləcək, xidmət komissiyası və cərimə xərcləri Smor tərəfindən Satıcıya hesablanacaq.

 

ƏLAVƏ-4: Normativlər və Standartlar

Alış-veriş Qaydalarının “Əlavə-4: Normativlər və Standartlar” başlığına (bundan sonra Əlavə-4) əsasən Satıcı aşağıdakı normaları qaydasında tamamlayacağını öz öhdəsinə götürür:

  1. Platformaya əlavə olunan məhsulların şəkilləri Əlavə-4-dün 1.1.-1.4. bəndlərində qeyd olunduğu standartlarda (yaxud oxşar) fərqli aspektlərdən və/və ya fərqli kontekstlərdə (məlumatlandırıcı infoqrafikalar və s.) olmaqla ən az 3 ədəd fotoşəkillə təsvir olunmalıdır.
    1. Size 1500x1050
    2. Iso 200 f10 1/200s 1.00ev 70mm
    3. Pixel 200
    4. Color space sRGB
  2. Məhsulun növündən asılı olaraq şəkil sayı 1 ədədə qədər endirilə bilər. Bu o halda qəbul olunur ki, məhsulun digər tərəflərində hər hansı lazımlı məlumat (giriş portu, vacib məlumat, izahat və s.) mövcud olmasın.
  3. Yüklənilən şəklin həcmi 4MB-dən çox olmamalıdır.
  4. Əlavə edilən məhsulların xarakteristikaları, istifadə şərtləri, ölçüləri və məhsulun və həmçinin məhsul qutusunun üzərində verilən məlumatlar təhrif olunmadan Təsvir bölməsində qeyd edilməlidir.
  5. Məhsulun xüsusiyyətləri (“xarakteristika” və ya “feature” olaraq da bilinir) verilənlər arasından ən uyğun xanalarda əlavə edilməlidir. Əgər məhsulun hər hansı xüsusi bir xüsusiyyəti varsa və həmin xüsusiyyət Platformada əks edilməyibsə, o zaman məhsulun xüsusiyyəti Təsvir bölməsində qeyd olunmalıdır.
  6. Hər bir məhsul üçün ən az 3 təq yazılmalıdır.

 Mətn ən son 22/09/2021 tarixində yenilənib.

 

 

Qəbul edirik