ŞƏRTLƏR VƏ QAYDALAR
ƏSAS ANLAYIŞLAR
ALICI RAZILAŞMASI (RAZILAŞMA) – bu sənəddə onlayn alış ilə bağlı aşağıda əks olunan bütün şərtlər;
ALICI – smor.az saytının verdiyi texniki imkanlar vasitəsi ilə elektron ödəniş edərək portalda qeyd olunmuş mal və/və ya xidmətləri sifariş edən/alan, həmçinin bu “Alıcı razılaşması”nın şərtləri ilə razılaşan fiziki və ya hüquqi şəxs;
SATICI – Portalda öz mallarını/xidmətlərini özünün istifadə etdiyi səhifədə onlayn qaydada satan və satış və çatdırılma şərtlərini özü müəyyən edən fiziki və ya hüquqi şəxs;
Smor.az – mal və/və ya xidmətlərin satışı məqsədilə özünə aid İnternet Mağazında Satıcı üçün razılaşdırılmış elektron məkanı təqdim edən hüquqi şəxs (Smor Məhdud Məsuliyyətli Cəmiyyəti; VÖEN: 140554025; hüquqi ünvan: Bakı ş. Nəsimi Rayonu, Nizami küçəsi 111, m. 80, AZ 1095);
PORTAL – mal və xidmətlərin onlayın alış-veriş məkanı olan, Smor MMC şirkətinə məxsus “www.smor.az” internet səhifəsi;
MAL(LAR)/XİDMƏT(LƏR) – Portalda yerləşdirilmiş və satışının təşkil edildiyi avtomobillərlə bağlı ehtiyyat hissələri, mayelər, aksesuarlar, qoruyucular və digər mal və xidmətlər
SİFARİŞ – Alıcı tərəfindən müəyyən edilmiş mal(lar)ın/xidmət(lər)in alışını təmin etmək, həmçinin təyin edilən ünvana çatdırılmasını təmin etmək üçün Portalda mövcud olan müvafiq elektron formanın doldurulması yolu ilə Satıcıya alış formasının/bildirişinin göndərilməsi
XÜSUSİ ŞƏRTLƏR
- Razılaşmanın predmetini Alıcı tərəfindən şəxsi və digər məqsədlər üçün Portalda əks olunan malların/xidmətlərin alınması və/ və ya digər formada istifadəsində imkan yaradılması təşkil edir. Bu Razılaşma şərtləri Portalda cari vaxtda satışda olan bütün mal və xidmətlərə şamil olunur.
- Satıcı öz mallarını/xidmətlərinin şəxsən Portal vasitəsilə satılmasını təmin edir.
- Portaldan mal sifariş edən Alıcı bu Razılaşmanın şərtləri ilə tam razılaşdığını bəyan edir.
- Portalda satılan mallar/xidmətlər, həmçinin satış şərtləri Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 408-ci maddəsinə əsasən ümumi oferta hesab olunur.
- Alış o vaxt baş tutmuş sayılır ki, Alıcı malın/xidmətin dəyərini kassa çeki və ya alqı-satqını təsdiq edən digər sənəd qarşılığında hər hansı formada (onlayn/nağd) ödəmiş olsun.
- Portalda olan sifariş formasını doldurmaqla Alıcı özünə aid əlaqə vasitələri barədə məlumatların Satıcı və ya Satıcının müəyyən etdiyi digər şəxslər tərəfindən istifadəsinə etiraz etmir. Buraya gələcəkdə Alıcıya müxtəlif endirim kompaniyaları, digər əlaqəli məlumatların göndərilməsi aiddir.
- Alıcı sifariş etməklə Satıcının öz öhdəliklərinin icrasını 3-cü şəxslərə tapşırmasına etiraz etmir və Satıcı sifariş ilə bağlı 3-cü şəxslərin bu Razılaşmadan kənara çıxan hərəkətlərinə görə məsuliyyət daşıyır.
- Sifariş Alıcı ilə Satıcı arasında bağlanılmış müqavilə hesab olunur və hər iki tərəfin bu Razılaşmadan və qanunsuz hərəkətlərdən irəli gələn zərər və xəsarətə görə smor.az/ Portal məsuliyyət daşımır.
- “www.smor.az” səhifəsində texniki-profilaktik işlərin aparıldığı günlərdən, aşağıda qeyd olunan və fors-major hallardan başqa, Alıcı günün, ayın, ilin istənilən vaxtı Portalın xidmətlərindən istifadə edə bilər. Portalın iradəsindən kənar səbəblərdən dolayı Portalın fəaliyyətinin istənilən müddətdə dayanması, habelə Portalın və Satıcının bu Razılaşmadan irəli gələn öhdəliklərinin icrasının qeyri-mümkünlüyü səbəbindən Alıcıya zərər dəyərsə, bu halda Portal , və ya Satıcı hər hansı məsuliyyət daşımır.
- Portal Satıcı tərəfindən satış üçün təqdim olunmuş mal/xidmətlər haqqında məlumatların düzgünlüyünə, habelə Satıcı tərəfindən Alıcıya aid məlumatlardan qeyri-qanuni istifadəyə görə məsuliyyət daşımır.
- Portalda satış üçün nəzərdə tutulmuş malların şəkilləri illüstrativ təyinatlı olmaqla alınmış malla 100% eyni olmaya bilər. Məlumatlarda əhəmiyyətli çatışmamazlıq olduğu təqdirdə, Alıcı Portala yazılı müraciət ünvanlaya bilər.
- Portalda görünməsinə baxmayaraq əgər sifariş verilmiş mal Satıcının anbarında yoxdursa, Satıcı və ya Smor təmsilçisi bu barədə ən qısa vaxt ərzində Alıcıya və Portala xəbər verməklə sifarişi ləğv edir. Sifarişin ləğvi nəticəsində Alıcıya hər hansı real zərər dəyərsə, buna görə Portal məsuliyyət daşımır.
- Alıcı tərəfindən yanlış məlumat verilməsi nəticəsində sifarişin icra edilməməsinə görə nə Portal, nə də ki, Satıcı məsuliyyət daşımır.
- Sifariş verildikdən sonra Alıcının ünvanının məsafəsindən asılı olaraq Satıcı sifarişin çatıdırılma tarixi, vaxtı və digər şərtləri barədə Alıcıya və çatdırılma xidmətini həyata keçirən tərəf kimi Portala məlumat verir.
- Əgər buna obyektiv səbəb varsa, malların/xidmətlərin çatdırılma vaxtı/tarixi Satcı və Portal tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.
- Çatdırılma və ya digər problemlər ilə bağlı Alıcı Portalın administrasiyasına öz şikaytlərini elektron qaydada təqdim edə bilər.
- Mallar/xidmətlərin çatdırılması yalnız Azərbaycan Respublikasının dövlət sərhədləri ilə məhdudlaşır. Digər hallarda Alıcı Portala elektron məktub şəklində müraciət göndərməlidir.
- Digər istək qeyd edilməyibsə sifariş şəxsən alıcıya və/və ya qeyd etdiyi ünvanda olan istənilən 3-cü şəxsə təhvil verilir.
- Göndərilmiş malı qəbul edən Alıcı (və ya 3-cu şəxs) malı kuryerdən qəbul edərkən yerində mala baxış keçirməlidir. Baxış keçirdikdən sonra Alıcı (və ya 3-cu şəxs) malın çatdırılmasını təsdiq edən sənədi imzalayır və bununla mala dair hər hansı iddia olmadığını bəyan edir.
- Müvafiq təhvil-təslim aktı qarşılıqlı imzalandıqdan sonra mala dəymiş zərərə görə Alıcı məsuliyyət daşıyır.
- Alıcıya təqdim olunan malların üzərində qanunvericiliklə müəyyən olunmuş bütün texniki və s. zəruri sənədlər verilir.
- Portalda satılan malların qiyməti vergilər daxil olmaqla Azərbaycan manatı ilə göstərilir.
- Əgər Portalda malın qiyməti səhv göstərilibsə, Satıcı sifarişin edilməsindən asılı olmayaraq malı geri götürüb ödənişi Alıcıya qaytarır.
- Portalda malın qiyməti Satıcı tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.
- Bank kartı vasitəsilə onlayn ödəniş edilərkən bank xidməti göstərən şirkət əməliyyatın dələduzluq və digər qeyri-qanuni məqsədlərlə həyata keçirildiyini müəyyən edərsə, ödənişi ləğv edə bilər. Bu cür hallardan yaranan mübahisələrə görə Satıcı və Portal məsuliyyət daşımır.
- Satıcı birtərəfli qaydada öz mallarına endirim tətbiq edə bilər. Eyni malı satan başqa Satıcının da eyni endirimi etmək öhdəliyi yoxdur.
- Portal aşağıdakı mülahizəyə əsasən Alıcının sifarişini ləğv edə bilər:
– Əgər ALICI 4 dəfə ard-arda hər hansı malı almaqdan əsassız surətdə imtina edirsə;
– Əgər ALICI tərəfindən qeyri-qanuni əməliyyatların həyata keçirilməsinə şübhə varsa, habelə qeyri-etik davranış nümayiş etdirirsə. - Qeyd olunan hərəkətlər istehlakçılara münasibətdə ayrı-seçkilik kimi deyil, Portal və Satıcının maddi itkisinin qarşısının alınması kimi başa düşülməlidir.
- Malların geri qaytarılması şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir. Əgər Satıcının təqsiri səbəbindən olmayan hallarda mal qaytarılırsa, qaytarılma ilə bağlı xərclər Alıcıdan tutulur.
- Malın təyinatına uyğun olmayan formada istifadə nəticəsində Alıcıya vurulmuş zərərə görə Satıcı və ya Portal məsuliyyət daşımır.
- Malın tamlığı, keyfiyyəti, çatdırılması və s. göstəricilərə görə Portal Alıcı qarşısında məsuliyyət daşımır. Alıcı bu cür iddiaları Satıcıya qarşı irəli sürə bilər.
- Portaldan istifadə nəticəsində fərdi məlumatlardan istifadə üzrə münasibətlər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
- Satıcı öz hüquqlarını 3-cü şəxslərə güzəşt edə bilər.
- Satıcı və Portalın ofisləri əmək qanunverciliyinin tələblərinə müvafiq olaraq iş saatlarında fəaliyyət göstərir.
- Mallara/xidmətlərə dair zəmanət müddəti malın istehsalçısı tərəfindən müəyyən olunur.
- Bu Razılaşmadan irəli gələn və ya onunla, o cümlədən onun təfsiri, icrası, xitamı və etibarsızlığı ilə bağlı yaranan bütün mübahisələr və ya iddialar, ilk növbədə tərəflər arasında vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilir. Əgər bu cür mübahisə 5 iş günü ərzində Tərəflər arasında həll edilməzsə, bu halda həmin mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir.
- Alıcı Satıcıya və Portala qarşı olan iddialarla bağlı isə contact@smor.az ünvanına yaza bilər. Müraciətlərə ən qısa vaxt ərzində baxılır. Satıcı ilə Platformadan kənarda edilən üzləşmələrə görə Platforma öhdəlik daşımır.
Mətn ən son 03/09/2021 tarixində yenilənib.